Ailə quran Nigar Qaragözovadan həyat yoldaşı haqda - Qadağa...

24 Noyabr 2021 23:13 (UTC+04:00)

Əməkdar artist Nigar Şabanova (Qaragözova) həyat yoldaşı Xüsusi Təyinatlı Qüvvələrin giziri Xəyyam Qaragözovla şəklinin yayılmasına qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, Nigar Şabanova bu haqda İnstaqramda canlı yayım zamanı danışıb: "Bundan sonra haqqımda hər hansı xəbər paylaşan zaman, mənə aid xəbərdə həyat yoldaşımın şəklini görərəmsə, həmim səhifədən polisə şikayət edəcəm. Buna haqqım da var. Çünki onun şəklinin görünməsi olmaz".