Salyanın baş memarının məhkəməsi başladı

25 Noyabr 2021 15:36 (UTC+04:00)

Salyanın baş memarı, Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri işləmiş Teyyub Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim İlkin Abdullayevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası noyabrın 29-na təyin edilib.

Teyyub Hüseynovun barəsində Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə, əməllər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.