Bakıda liseydə əyani dərslər bərpa olundu

29 Noyabr 2021 09:19 (UTC+04:00)

Bakıda koronavirusa görə bağlanan daha bir ümumtəhsil müəssisəsində tədris bərpa olunub.

Teleqraf.com xəbər verir ki, Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə Bakı Avropa Liseyində bu gündən tədris və təlim-tərbiyə prosesi əyani formada davam etdirilib.

Xatırladaq ki, Bakı Avropa Liseyinfə 5 müəllim və 16 şagirdində COVID-19 testinin nəticəsi pozitiv çıxmışdı.