Ölkəmizdə omikron ştammına yoluxma qeydə alınıb? - Rəsmi

29 Noyabr 2021 10:33 (UTC+04:00)

COVID-19 pandemiyası ilə mübarizə davam etməkdədir. Virusun yeni mutasiyaları bir çox ölkələrdə təşvişə səbəb olub.

Teleqraf.com xəbər verir ki, COVID-19 virusunun yeni mutasiyası ilə bağlı danışan Milli Hematologiya və Transfuziologiya Mərkəzinin genetika mütəxəssisi Ağa Rza Ağayev bildirib ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə ölkəmizdə yoxlamalara başlanılıb:

“Ölkəyə xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştamm aşkarlanmayıb”.