Avstraliya hökumətinə ermənilərlə bağlı skandal çağırış - Yeni qətnamə qəbul olundu

29 Noyabr 2021 16:08 (UTC+04:00)

Avstraliyanın Nümayəndələr Palatası (parlamentin aşağı palatası) ölkə hökumətini 1915-1923-cü illərdə Osmanlı İmperiyasında ermənilərə, assurlara və yunanlara qarşı törədilmiş “soyqırım”ı tanımağa çağırmaq təklifinin lehinə səs verib.

Teleqraf.com xəbər verir ki, bu təklifi parlamentə deputat Trent Zimmerman təqdim edib.

Beləliklə, Nümayəndələr Palatası yekdilliklə Avstraliya hökumətini qondarma soyqırımı tanımağa çağırıb.