ABŞ Gürcüstan və Ukraynaya "hə" dedi - NATO genişlənir

29 Noyabr 2021 19:56 (UTC+04:00)

ABŞ Gürcüstan və Ukraynanın NATO-ya qoşulmasına dəstəyini bir daha təsdiqləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin Riqada keçiriləcək NATO-nun Xarici İşlər Nazirləri toplantısından öncə yaydığı məlumatda deyilir.

Bildirilib ki, ABŞ 2008-ci ildə NATO-nun Buxarest sammitində qəbul edilən və Gürcütanla Ukraynanın Alyansın üzvü olacağı qeyd olunan sənədi dəstəkləməkdə davam edir. Bu ölkələrin illik milli proqramlarında NATO-ya inteqrasiya yolunun ətraflı əks edildiyi vurğulanıb.

Qeyd edək ki, NATO XİN başçılarının iclası Riqada noyabrın 30-da keçiriləcək. Gürcüstanı toplantıda Baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani təmsil edəcək.