Dünyada yeni respublika yarandı

30 Noyabr 2021 08:25 (UTC+04:00)

Karib dənizindəki Barbados ada dövləti çərşənbə axşamı günü rəsmi şəkildə respublika olub.

Teleqraf.com xəbər verir ki, ölkənin oktyabr ayında seçilən Prezidenti Sandra Meyson vəzifəsinin icrasına başlayıb.

Böyük Britaniya kraliçası II Yelizaveta bundan sonra Karib hövzəsi dövlətinin başçısı olmayacaq. Mərasim Barbados hökumətinin saytında yayımlanıb.

Mərasimin qonağı bazar günü Barbadosa gedən Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz olub. Barbadosun paytaxtı Brictaundakı Milli Qəhrəmanlar Meydanında kraliçanın bayrağı (ştandartı) endirilib.