Yanacaqdoldurma məntəqəsinə saxta pul verən şəxs tutuldu

30 Noyabr 2021 13:30 (UTC+04:00)

Bakıda yanacaqdoldurma məntəqəsinə saxta əsginas təqdim edən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, noyabrın 29-da saat 7 radələrində Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində 1 ədəd 100 manatlıq saxta əsginas təqdim edən “Mitsubishi” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini C.Ziyəddinov Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq ərazi aidiyyəti üzrə 32-ci polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.