İlkin Həsəni xəbər kanalı açdı - Foto

30 Noyabr 2021 16:19 (UTC+04:00)

Aparıcı İlkin Həsəni "İlkXəbər" adlı xəbər kanalı açıb.

İlkin Həsəni Teleqraf.com-a açıqlamasında kanalın rəhbəri olduğu “İlk Media” prodakşına məxsus olduğunu deyib.

Onun sözlərinə görə, "İlkXəbər" dekabrın 1-dən efirə çıxacaq: "Süjetlər çəkib təqdim edəcəyik. 20 il öncə ilk addımlarımı xəbərlərlə başlamışdım. 106 Fm radiosunda xəbər diktoru idim. Universitetdə dərslərim bitən kimi saat 15:00-20:00 aralığında hər saat radioda xəbər çatdırırdım. Hətta bir il sonra əyləncəli veriliş təklif olunanda israrla "yox" demişdim.

Bir az da keçdi, əksər aparıcılar kimi radiodan televiziyaya transfer oldum, daha sonra isə nələrin baş verdiyini gördünüz. Amma içimdəki xəbər sevgisi bitmədi. Bu gün sizə növbəti "İLK"imizi təqdim edim. Xəbər edin gələk çəkək, xəbər verin xəbər edək, xəbər göndərin göstərək. "İlkXəbər" bütün sosial media platformalarında fəaliyyətə başlayır".