“Putinin işğal cəhdinə qarşı...” – Co Bayden

4 Dekabr 2021 12:14 (UTC+04:00)

ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı hansısa işğal cəhdini çətinləşdirəcəklərini bildirib.

Teleqraf.com xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.

Bayden ABŞ-ın Rusiyanın Ukraynaya işğal cəhdinə qarşı hansı tədbirləri görəcəyi ilə bağlı sualına belə cavab verib: “Cənab Putinin insanların edəcəyindən narahat olduqları şeyi çətinləşdirmək üçün əhatəli və düşündürücü tədbirlər hazırlayırıq”.

Ukrayna müdafiə naziri Aleksey Reznikov bundan əvvəl Rusiyanın yanvarın sonuna kimi işğala hazır ola biləcəyini deyib.