Fulya Öztürk xəstəxanaya yerləşdirildi - Foto

4 Dekabr 2021 12:56 (UTC+04:00)

44 günlük müharibə dövründə hər kəsin böyük sevgisini qazanan, hazırda "Fox TV"də çalışan jurnalist Fulya Öztürk səhhətində yaranan problemdən dolayı təcili xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə tanınmış jurnalist "Tvitter"də məlumat yayıb.

Türkiyənin Fox TV kanalında yayımlanan "Fulya ile umudun olsun” proqramının dünənki buraxılışında o, efirə çıxa bilməyib. Proqramı F.Öztürkün yerinə psixoloq Esra Ezmeci təqdim edib.

F.Öztürk xəstəxanadan foto paylaşaraq onun üçün narahat olan və sağalmasını diləyən hər kəsə təşəkkür edib və "Canım ağrıyır, rəbbimə sığınıram" sözlərini qeyd edib.