Kəşfiyyat qırıcısı sərnişin təyyarəsinin önünü kəsdi – Havada təhlükəli anlar

4 Dekabr 2021 21:20 (UTC+04:00)

İsrailin paytaxtı Təl-Əvivdən Moskvaya uçan sərnişin təyyarəsi Qara dəniz üzərində ABŞ-ın kəşfiyyat təyyarəsi ilə üz-üzə gəlməmək üçün istiqamətini dəyişmək məcburiyyətində qalıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “İnterfaks” agentliyi məlumat yayıb.

İki kəşfiyyat qırıcısından biri mülki aviasiya marşrutlarını keçərək “Airbus”a yaxınlaşıb. Amerikalı pilotlar göndərilən sorğuları cavablandırmayıblar.

Ekipaja təhlükəli yaxınlaşma barədə həyəcan siqnalı verib. Təyyarələr arasında şaquli məsafə 20 metrdən az olub. Dispetçerlər mülki təyyarəyə 500 metr aşağı enərək daha təhlükəsiz uçuş əmri veriblər.

Dekabrın 3-də Rusiyanın “Su-27” və “Su-30” qırıcıları ABŞ-ın kəşfiyyat təyyarələrinin federasiya sərhədlərini pozmasının qarşısını almaq üçün Qara dəniz üzərində uçuşlar həyata keçirib.