Şabranda quşçuluq sexində yanğın

4 Dekabr 2021 19:35 (UTC+04:00)

Şabran rayonunda ümumi sahəsi 1224 m² olan quşçuluq sexinin içərisində 54 ədəd plastik qab və yerə səpilən saman 450 m² sahədə yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.