Son dəqiqə: İranda nüvə stansiyasında partlayış oldu

4 Dekabr 2021 22:33 (UTC+04:00)

İranın İsfahan vilayətində Nətənz nüvə stansiyası yaxınlığında partlayış baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

İsfahan vilayəti Nətənz rayonu qubernatoru Ramazanəli Firdovsi bildirib ki, hadisəyə səbəb müdafiə sisteminin işə düşməsi və atəş açması olub.