Ağ Ev Bayden-Putin görüşü barədə məlumat yaydı

5 Dekabr 2021 08:38 (UTC+04:00)

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında keçiriləcək görüşün tərixini təsdiqləyib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

Onun sözlərinə görə, görüş dekabrın 7-də qorunan videoəlaqə vasitəsilə keçiriləcək.

Görüş zamanı tərəflər bir sıra ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.