Ceyhun Bayramovdan ölkə gənclərinə təbrik

5 Dekabr 2021 17:26 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkə gənclərini 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, XİN rəhbəri bu barədə özünün tviterdəki hesabında paylaşım edib.

"5 dekabr - Beynəlxalq Könüllülər Günündə Azərbaycanın davamlı inkişafına töhfə verən bütün könüllülərimizi təbrik edir, xeyirxah və nəcib fəaliyyətlərində onlara yeni uğurlar arzulayıram", - deyə nazir sosial şəbəkə hesabında yazıb.