Berlində COVİD əleyhinə aksiya - Saxlanılanlar var

5 Dekabr 2021 19:55 (UTC+04:00)

Berlində şənbə günü koronavirus məhdudiyyətlərinin əleyhdarlarının müxtəlif aksiyaları zamanı ümumilikdə 58 nəfər saxlanılıb, iki hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı şəhər polisi yayıb.

Bildirilir ki, saxlanılanlardan 22 qadındır. Yaralanan polislərin səhhəti yaxşı olduğu qeyd olunur, onların yüngül xəsarətlər alıblar.

Şənbə günü keçən nümayişlər zamanı əsayişi 650 polis əməkdaşı qoruyub.