Hemilton Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi oldu

6 Dekabr 2021 00:43 (UTC+04:00)

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton Formula-1 üzrə Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub.

Teleqraf.com-un məlumatına görə, ikinci yeri “Red Bull” komandasını təmsil edən Niderlandlı Maks Ferstappen tutub.

"Mercedes" komandasında çıxış edən finlandiyalı Valtteri Bottas üçüncü yeri tutub.