Həftəsonu yol qəzalarında 9 nəfər ölüb

6 Dekabr 2021 09:23 (UTC+04:00)

Azərbaycanda həftəsonu, dekabrın 4-də və 5-də 7 yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, nəticədə 9 nəfər ölüb, 3 nəfər xəsarət alıb.