Azərbaycanda işləməyim mümkün deyil - Professor Əziz Səncər

6 Dekabr 2021 12:16 (UTC+04:00)

Mən Nobel laureatı aldıqdan sonra Türkiyəyə səfər etdim. Nobel alanda 70 yaşım var idi.

Teleqraf.com xəbər verir ki, bunu türk əsilli ABŞ alimi, Kimya üzrə Nobel mükafatı laureatı, professor Əziz Səncər deyib:

"İşləmək üçün mənə təklif gəlmişdi. Bir laboratoriya açmaq azı 10 il vaxt alır. Əgər Azərbaycan iş təklifi etsə, bu zaman mənim 80 yaşım olacaq. Mən yeni laboratoriya idarə edəcək gücdə olmayacam. Bu baxımdan təklif qəbul etməyim mümkün deyil".