Heydər Əliyev Fondu Qubada yeni məktəb tikdi

6 Dekabr 2021 15:01 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Heydər Əliyev Fondunun Qubanın Birinci Nügədi kəndində inşa etdiyi 1 nömrəli tam orta məktəbdə yaradılan şəraitlə tanış olublar.

Teleqraf.com xəbər verir ki, məktəblə tanışlıq dövlət başçısının dekabrın 6-da Quba rayonuna səfəri çərçivəsində baş tutub.