Aygün Bayramovaya ağır itki

6 Dekabr 2021 15:48 (UTC+04:00)

Xalq artisi Aygün Bayramovaya ağır itki üz verib.

Teleqraf.com-un xəbərinə görə, bu barədə xalq artisti Nəzakət Teymurova “Facebook” sosial şəbəkəsindəki hesabında məlumat yerləşdirib.

O qeyd edib ki, Aygün Bayramovanın anası dünyasını dəyişib.

Xalq artisti Aygün Bayramova saytımıza açıqlamasında anası Zəhra xanımın qəflətən dünyasını dəyişdiyini və ötən gün dəfn edildiyini bildirib.

Allah rəhmət eləsin!