Ərdoğan Qətərə səfər etdi

6 Dekabr 2021 23:13 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə rəsmi səfərə gəlib.

Teleqraf.com-un məlumatına görə, dövlət başçısının təyyarəsi yerli vaxtla saat 16:30-da "Həməd" hava limanında eniş edib.

Rəcəb Tayyib Ərdoğanı hava limanında Qətərin maliyyə naziri Əli ibn Əhməd əl Kuvari, Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat Xidmətinin rəhbəri Hakan Fidan və digər rəsmi şəxslər qarşılayıb.