İran prezidentindən şok iddia: “Bunu onlar yaradıb...”

7 Dekabr 2021 09:56 (UTC+04:00)

İran Prezidenti İbrahim Rəisi İŞİD terror təşkilatının ABŞ tərəfindən qurulduğunu iddia edib.

Teleqraf.com xəbər verir ki, İran prezidenti İŞİD-lə bağlı diqqətçəkən açıqlama verib.

İbrahim Rəisi Tehrana səfər edən Suriya Xarici işlər naziri Feysəl Miqdadla görüşüb.

Rəisi görüşdə ABŞ-ın bölgədəki hərbi fəaliyyətini tənqid edib:

“İŞİD-i ABŞ yaradıb. Bölgədə ABŞ və İŞİD-ə harada rast gəlinirsə, oradakı insanlar təhlükəsizlik və sabitlik baxımından böyük zərərlə üzləşirlər”.

Görüş zamanı Miqdad Rəisini Dəməşqə dəvət edib.