Dünya bazarında neft bahalaşdı

7 Dekabr 2021 10:14 (UTC+04:00)

Koronavirusun yeni “Omikron” ştamı ilə bağlı narahatlıqların azalması fonunda dünya bazarlarında neftin qiyməti artmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, Bakı vaxtı ilə saat 09.12-yə olan məlumata görə, Şimal dənizində hasil olunan Brent markalı neftinin fevral fyuçersləri 0,83% bahalaşaraq, 1 bareli 73,69 ABŞ dollarına satılıb.

WTI neftinin yanvar fyuçerslərinin qiyməti isə 1,09% artaraq, 1 bareli 70,25 ABŞ dolları təşkil edib.