Türkiyəyə gətirilən tonlarla narkotik ələ keçirildi

8 Dekabr 2021 00:13 (UTC+04:00)

Türkiyənin Muğla şəhərinin Dalaman limanında keçirilən əməliyyat zamanı dəniz vasitəsilə ölkəyə gətirilən 1,5 ton narkotik ələ keçirilib.

Teleqraf.com xəbər verir ki, helikopterlərin də iştirak etdiyi əməliyyat zamanı 3 nəfər saxlanılıb.

Qeyd edilir ki, narkotik maddələr dəniz yolu ilə ölkəyə gətirildikdən sonra meşədə gizlədilib. Texniki izləmə sayəsində narkotik maddə ələ keçirilib. Saxlanılan şəxslər məhkəməyə çıxarılıb.