Baş nazir etiraf etdi: “Türkiyə ilə işləməyə məcburuq”/Video

7 Dekabr 2021 20:38 (UTC+04:00)

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis CNN International-a müsahibəsində Türkiyə ilə əməkdaşlıqla bağlı diqqətçəkən açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Mitsotakis miqrant böhranı ilə bağlı Türkiyə ilə işləmək məcburiyyətində qaldıqlarını bildirib.

“Həyatları dənizdə təhlükə altında olanları xilas etmək üçün hər gün əlimizdən gələni edirik. Amma qonşularımızla da çalışmalıyıq. Buna görə də Türkiyə ilə işləməliyik. Bu, düzgün yanaşmadır. Qanunsuz keçidlərin qarşısını almaq üçün birlikdə hərəkət etməliyik”, - baş nazir deyib.