Nüfuzlu müsəlman ölkəsindən tarixi qərar - Cümə günü istirahətindən imtina edildi

7 Dekabr 2021 18:16 (UTC+04:00)

Birləşmiş Ərəb Əmirliklərində dörd gün yarım davam edəcək yeni iş həftəsi tətbiq olunacaq.

Teleqraf.com xəbər verir ki, yeniliklər 2022-ci ilin yanvarından start götürəcək.

Bununla da Birləşmiş Ərəb Əmirlikləri cümə günü istirahətindən imtina edən ilk müsəlman ölkəsi olub.

Qeyd olunur ki, iş həftəsi bazar ertəsi başlayacaq və cümə günü günorta saatlarında başa çatacaq. Dövlət müəssisələrinin işçiləri cümə günü məsafə rejimindən işləyə bilərlər.