Rusiyada axtarılan azərbaycanlı tutuldu

6 May 2014 17:15 (UTC+04:00)

Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Cəbrayıl Mirzəyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olub. Onun tutulması üçün əməliyyatı Baş Cinayət-Axtarış İdarəsi və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşları keçirib.

Cəbrayıl Mirzəyev bir müddət əvvəl Rusiyanın Samara vilayətində cinayət törədib və ölkəni tərk edib. Buna görə də onun barəsində Samara vilayətinin Baş Daxili İşlər İdarəsi tərəfindən axtarış elan olunub.

Hacı Zeynalov