Malena Azərbaycan təmsilçisini qucaqladı

20 Dekabr 2021 09:33 (UTC+04:00)

Fransada keçirilən "Uşaq Avroviziya" mahnı yarışmasında Ermənistan təmsilçisi Malena qalib olub.

Teleqraf.com xəbər verir ki, yarışmada iştirak edən Azərbaycan təmsilçisi Sona Əzizova Malenaya yaxınlaşaraq onu təbrik edib.

Hər iki iştirakçı qucaqlaşıb. Təmsilçimizin bu addımı Azərbaycanın tolerant ölkə olduğunu nümayiş etdirib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Sona Əzizova müsabiqədə 151 xalla 5-ci yerə layiq görülüb.