ABŞ-da sürücüsüz traktor təqdim edildi

6 Yanvar 2022 00:12 (UTC+04:00)

Dünyada kənd təsərrüfatı avadanlığının ən böyük istehsalçısı olan ABŞ-ın “Deere Co.” şirkəti tam əlahiddə idarə olunan traktoru təqdim edib.

Teleqraf.com xəbər verir ki, Las-Veqas şəhərində keçirilən "CES 2022" adlı beynəlxalq sərgi əsnasında təqdim edilən yeni traktor 8R seriyasına əsasən yaradılıb. Sürücüsüz traktorları cari ildə bazara çıxarmaq nəzərdə tutulur.

İndiyədək ayrı-ayrı kənd bitkilərinin becərilməsində sürücüsüz daha kiçik traktorlar istifadə olunub.