"On milyonun 80 faizi zövqsüz musiqiyə qulaq asır" - Müğənni

6 Yanvar 2022 23:13 (UTC+04:00)

Müğənni Xatirə İslam zövqsüz musiqidən gileylənib.

Teleqraf.com xəbər verir ki, Xatirə İslam İnstaqramda bu sözləri yazıb:

"Bu gün on milyonun 80 faizi zövqsüz musiqiyə qulaq asır. Bəla burasındadır ki, ifaçıda heç bir günah yoxdur. Dinləyici nəyi eşitmək istəyirsə, onu da eşidir".