İrəvanda rusiyalı pilotların hərbi təlimləri başladı

11 Yanvar 2022 11:31 (UTC+04:00)

Rusiyanın Ermənistandakı Erebuni aviabazasının (İrəvan) pilotları döyüş hazırlığı çərçivəsində dağlıq ərazidə qış hava şəraitində tapşırıqları məşq etməyə başlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vadim Astafyev məlumat verib.

Məlumata görə, rusiyalı hərbi qulluqçular təlimlərdə qarla örtülü ərazilərdə havaya qalxma və enmə, relyefin kəşfiyyatı, termal kameralar və naviqasiya cihazlarından istifadə etməklə şərti düşmənin obyektlərinin axtarışı və aşkarlanmasını məşq edirlər.