Məmməd Salmanov təltif edildi - Sərəncam

11 Yanvar 2022 15:56 (UTC+04:00)

Biologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Məmməd Əhəd oğlu Salmanov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında elmin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, sabah - yanvarın 12-də M.Salmanovun 90 yaşı tamam olur.