Azərbaycanın valyuta ehtiyatları 2,5 milyard dollar artıb - Prezident

12 Yanvar 2022 19:37 (UTC+04:00)

“Bizim valyuta ehtiyatlarımız artıb. Baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgəsində”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb”, - dövlət başçısı vurğulayıb.