Azərbaycan lideri: “Manata inam böyük dərəcədə artıb”

12 Yanvar 2022 20:13 (UTC+04:00)

“Uzun illərdir manatın məzənnəsi sabitdir. Ölkə əhalisi bundan faydalanır. Manata inam böyük dərəcədə artıb”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Manat depozitlərinin həcmi artır. Ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. İnvestorlar üçün də bunun çox böyük faydası var”, - Prezident vurğulayıb.