"Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!" - Sahibə Qafarova

14 Yanvar 2022 12:12 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulması münasibətilə sosial şəbəkədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, paylaşımda qeyd olunub:

"Bu gün Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. "Bir millət iki dövlət" şüarına əsaslanan və dünyada bənzəri olmayan Azərbaycan -Türkiyə qardaşlığı sarsılmazdır, əbədidir!"