Zəngilanda zəlzələ oldu

16 Yanvar 2022 09:12 (UTC+04:00)

Yanvarın 16-da Ordubad stansiyasından 49 kilometr şimal-şərqdə Zəngilan ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a bildirilib ki, yerli vaxtla saat 07:25-də qeydə alınan zəlzələnin ocağı 6 kilometr dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala qədər hiss olunub.