Xaçmazda gənc oğlan bıçaqlandı

16 Yanvar 2022 09:42 (UTC+04:00)

Xaçmazda gənc oğlan bıçaqlanıb.

Rayonun Çiləgir kənd sakini, 1991-ci il təvəllüdlü Rusif Məmmədov münaqişə zəminində tanımadıqı şəxs tərəfindən bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən şəxsin kimliyinin təyin edilməsi istiqamətində istintaq tədbirləri aparılır.

Faktla bağlı araşdırma başlanılıb.