Sülh və Müharibə: İndi seçim ermənilərindir

16 Yanvar 2022 10:13 (UTC+04:00)

Dövlətlərarası münasibətlərin qarşılıqlı şəkildə normallaşdırılmasını nəzərdə tutan Türkiyə-Ermənistan təmaslarında ilk addım atıldı.

Türkiyə Respublikasının təmsilçisi Sərdar Kılıc və Ermənistan Respublikasının təmsilçisi Ruben Rubinyan arasında ilk görüş Moskvada baş tutdu.

Görüşün Moskvada keçməsinə siyasi rəng verənlər bunu Rusiyanın öz maraqları ilə izah etsələr də Rusiya XİN başçısı Sergey Lavrov ölkəsinin danışıqlara müdaxilə etməməsi haqqında fikir səsləndirməklə bu narahatçılığa son qoymağa çalışdı.

Amma Ermənistanın özündə bu görüşə yanaşmalar heş də birmənalı deyil. Xüsusən müxalifət nümayəndələri əvvəlcədən belə bir görüşün əleyhinə çıxış edirdilər. Buna baxmayaraq Paşinyan höküməti görüş qərarında qətiyyət göstərə bildi və nəhayət görüş baş tutdu.

Hər iki dövləti təmsil edən nümayəndələrin görüşdən sonra verdikləri qısa açıqlamaların oxşarlığına da şübhə ilə yanaşan erməni müxalifət liderləri dərhal özlərinin də izah edə bilmədiyi məntiqsiz bir nəticəyə gəldilər. Gəldikləri nəticə isə ondan ibarətdir ki, Ermənistan artıq Türkiyənin guya irəli sürdüyü ilkin şərtləri qəbul edib və bunu xalqdan gizlədirlər. Hərçənd görüşdən əvvəl verilmiş bəyanatlarda heç bir tərəfdən heç bir ilkin şərtin və ya şərtlərin irəli sürülməyəcəyi dəfələrlə vurğulanıb.

Cəmi bir saatdan bir az çox davam etmiş ilk görüşdən dərhal sonra erməni müxalifəti hakim partiyadan nələrin müzakirə olunduğunun açıqlanmasını tələb etdi. Bu gün müxalifətdə olan keçmiş Ermənistan rəhbərlərinin 30 il ərzində Azərbaycanla apardığı danışıqların məzmunu qapalı idi və bu günə qədər də Ermənistan cəəmiyyətinin həmin görüşlərdə aparılmış müzakirələrin məğzindən xəbəri yoxdur. Odur ki, Paşinyanın keçmiş danışıqların məzmunu barədə ara-sıra verdiyi açıqlamalar böyük təəccüblə qarşılanır və erməni cəmiyyətində çoxsaylı suallar yaradır.

Bu dəfə isə artıq müxalifət mövqeyində dayanan sabiqlər hələ tanışlıq xarakteri daşıyan qısa bir görüşdə bütün məsələlərin guya Ermənistanın ziyanına həll olunub qurtardığını iddia edir və görüşün məzmununu tələb edirlər. ABŞ və AI-nın bütün qurumları tərəflər arasında baş tutmuş görüşü alqışlayaraq müsbət sonluqla nəticələnəcəyinə ümid etdiklərini bildirsələr də Ermənistan müxalifəti bu görüşlərin əleyhinədir və hər vəchlə onun hələ görünməyən sonucunu indidən qılınclayırlar. Bəs onlar nə istəyirlər? Doğrudanmı onların məqsədi özlərinin dediyi kimi, guya erməni xalqının milli maraqlarını qorumaqdır?

Əgər bu günkü Ermənistan müxalifəti öz xalqının maraqları haqqında düşünsəydi ötən 30 il ərzində dövlət vəsaitlərini mənimsəmək əvəzinə dilənçi vəziyyətində yaşayan erməni xalqının sosial müdafiəsinə yönəldərdi. Orduya ayrılmış vəsaitləri saxta silahların alınmasına silib həmin pullara özləri üçün çoxsaylı villalar tikdirməz və biznes strukturları yaratmazdılar. Deməli, uğrunda dəridən-qabıqdan çıxdıqları maraqlar heç də erməni xalqına yox, məhz onların özlərinə aiddir.

Paşinyanın uduzulmuş müharibədən sonra da yenidən seçkilər yolu ilə hakimiyyətə gələ bilməsi keçmiş Ermənistan hakimiyyətinin cinayətkar rəhbərlərini çıxılmaz vəziyyətə salıb. Yeni Paşinyan höküməti xunta hakimiyyətii dövründə baş vermiş cinayətləri araşdırmaqda davam edir. Artıq bir neçə vaxtilə yüksək vəzifə tutmuş klan üzvləri istintaqa cəlb olunaraq həbs edilib. Ən böyük cinayətkarlar olan Robert Koçaryanın və Serj Sarqsyanın da eyni aqibəti yaşamaq şansları çox böyükdür. Buna görə də onlar istənilən bəhanə ilə kütlələri ayağa qaldırmağa və seçki yolu ilə yox, məhz çevriliş yolu ilə Paşinyan hökümətini devirməyə çalışırlar. Ermənistan-Türkiyə danışıqlarından da Ermənistanın təcrid vəziyyətindən çıxması üçün yox, məhz bu məqsədlə yararlanmağa çalışırlar. Onlar ilk növbədə Ermənistan hakimiyyətinin artıq Türkiyənin ilkin şərtlərini qəbul etdiyi barədə dezinformasiya yaymaqla Paşinyan hakimiyyətini gözdən salmağa çalışırlar.

Məqsəd nə yolla olur olsun, Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına nail olmaqdan ibarətdir. Son məqsəd heç də erməni xalqının maraqlarını müdafiə etmək yox, özlərini hazırda davam edən istintaq araşdırılmalarından və sonrakı mümkün cəzalardan xilas etməkdir. Ona görə də keçmiş xunta rəhbərlərini heç bir sülh qane edə bilməz. Bölgədə müharibə və düşmənçilik davam etdikcə onların da ədalət mühakiməsindən yayınmaq imkanları artır.

Lakin cəza qaçılmazdır. 30 illik hakimiyyətləri dövründə apardıqları millətçilik və işğalçılıq siyasəti ilə həm öz xalqına yaşatdıqları məhrumiyyətlərə və xüsusən də Azərbaycana qarşı törətdikləri işğal, etnik təmizləmə və soyqırım cinayətlərinə görə Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan və onların bütün əlaltıları layiqli cəzalarını almalıdırlar. Bölgədə sülhün bərqərar olunması bu həqiqət anını sürətlə yaxınlaşdıracaq.

Tarixdəki bütün müharibələr sonda sülhlə və ya neandertallar kimi tərəflərdən birinin yer üzündən silinməsi ilə tamamlanıb. Bizim müharibəmiz də gec-tez ya sülhlə ya da ermənilərin Cənubi Qafqaz torpaqlarından silinib yox olması ilə başa çatacaq. Bu müharibənin səbəbkarları isə tarix və gələcək nəsillər tərəfindən daim lənətlənəcəklər. Biz sülh təklifimizi vermişik. İndi seçim ermənilərindir.