Sərnişin avtobusu yük maşınına çırpıldı - Ölən və yaralılar var/Yeni

16 Yanvar 2022 14:40 (UTC+04:00)

Türkiyənin Sivas şəhəri yaxınlığında sərnişin avtobusunun yük avtomobiliylə toqquşması nəticəsində 1 nəfər ölüb, 27 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, ölən şəxs avtobusun sərnişini olan 44 yaşlı kişidir. Xəsarət alanlar Koyulhisar, Suşehri və Sivasdakı xəstəxanalara yerləşdirilib.

Daha əvvəl qəza səbəbiylə bağlı qalmış Sivas-Ərzincan və Sivas-Tokat avtomobil yolu nəqliyyatın hərəkəti üçün açılıb.

***

10:59

Türkiyənin Sivas şəhəri yaxınlığında sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Köyulhisar məhəlləsi adlanan ərazidə baş verib.

Hadisəyə səbəb güclü qar və yolun buz bağlaması olduğu bildirilir. Belə ki, yük avtomobili sürücüsü idarəetməni itirərək qarşı istiqamətdə yola çıxaraq aşıb. Digər istiqamətdən gələn avtobus isə aşmış yük avtomobilinə çırpılıb.

Nəticədə 4 ağır olmaqla, 15 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları xəlb olunub.

Qəza səbəbindən Sivas-Ərzincan və Sivas-Tokat avtomobil yolunun bir hissəsi bağlanıb.