Rəisi Moskvaya gedir

16 Yanvar 2022 17:56 (UTC+04:00)

Rusiya Prezidenti Vladimir Putin gələn həftə İran lideri İbrahim Rəisi ilə danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalı məlumat yayıb.

Bundan əlavə, Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirəcək. Onun çoxsaylı şəxsi görüşləri və beynəlxalq danışıqları da nəzərdə tutulub.