Almatıda 160 nəfər ölüb, 41 meyit oğurlanıb - Son statistika

16 Yanvar 2022 19:56 (UTC+04:00)

Almatıda kütləvi iğtişaşlar zamanı 149 mülki şəxs və hüquq-mühafizə orqanlarının 11 əməkdaşı ölüb.

Teleqraf.com xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə şəhər polis departamentinin rəisi Kanat Taymerdenov bildirib.

Kanat Taymerdenov iğtişaşlar zamanı şəhərdəki morqlara 7 hücum olduğunu, 41 meyitin oğurlandığını da açıqlayıb: “Onlar ölüləri morqda qoymayıb, yaralıları da özləri ilə götürüblər. Morqlardan 41 meyit oğurlanıb”.