Türkiyədə koronavirusla bağlı son durum

16 Yanvar 2022 22:13 (UTC+04:00)

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 136 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 364 min 426 nəfərin test edildiyi, 54 min 100 nəfərin testinin pozitiv nəticə verdiyi, 68 min 895 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.