Milli Məclisin yaz sessiyası başladı

17 Yanvar 2022 09:26 (UTC+04:00)

Milli Məclisin yaz sessiyası başlayıb.

Teleqraf.com-un məlumatına görə, fevralın 1-ə qədər parlamentin komitə iclasları keçiriləcək, daha sonra plenar iclaslar başlayacaq.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.