Aynur Dadaşovanın ailəsində ağır itki

17 Yanvar 2022 10:35 (UTC+04:00)

Müğənni Aynur Dadaşovanın ailəsinə ağır itki üz verib.

Teleqraf.com xəbər verir ki, Aynur Dadaşovanın atası dünyasını dəyişib.

Müğənni bu haqda İnstaqram hesabında məlumat verib: "Bacımdan sonra atamı da itirdim".

İfaçının atası bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi.