“Həyat tezliklə normala dönəcək, amma…” - “Pfizer”in direktoru

17 Yanvar 2022 17:37 (UTC+04:00)

“Həyat yazda normala dönəcək, amma bu, COVID-19-un tamamilə yox olacağı anlamına gəlmir”.

Teleqraf.com xəbər verir ki, bunu "Pfizer"in icraçı direktoru Albert Burla deyib.

O bildirib ki, pandemiyanın yaratdığı 2 illik fasilədən sonra həyat tezliklə normallaşa bilər: “Evdə qəbul edilə bilən son dərəcə təsirli peyvəndlər, testlər və dərmanlar var. Yazda bu nöqtəyə çatmaq üçün bütün lazımi alətlərə sahibik”.

Burla omikron variantının ölümcüllüyünün aşağı olduğunu deyib: “Omikron bütün dünyada tədricən dominant varianta çevrilir. Bu da pandemiyanın tezliklə endemik mərhələyə keçərək qripə bənzər bir xəstəliyə çevriləcəyindən xəbər verir.

“Pfizer” evdə qəbul edilə bilən üç alətdən ikisini istehsal edir. Pandemiya başlayandan bəri çoxlu sürprizlərimiz oldu. Məhv edilməsi çox çətin olan bu virus yəqin ki, illər boyu həyatımızda olacaq”.