Azərbaycanda general təqaüdə göndərildi

17 Yanvar 2022 17:57 (UTC+04:00)

Azərbaycanda polis generalı təqaüdə göndərilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

Qeyd edək ki, S.Əliyev bu vəzifədə 2016-cı ildən çalışırdı.