Ombudsman Şamaxıda baxımsız qalmış uşaqlarla görüşdü

17 Yanvar 2022 23:13 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şamaxı rayonunun İkinci Çaylı kəndində sosial təhlükəli vəziyyətdə olan və sosial xidmət müəssisəsinə yerləşdirilən uşaqlarla görüşüb.

Teleqraf.com-un məlumatına görə, Ombudsman görüşdə uşaqların saxlanma şəraiti, səhhəti, psixoloji durumu, həmçinin təhsil və digər hüquqlarının müdafiəsi ilə bağlı vəziyyəti öyrənib.