Yunan gəmisi qanunsuz olaraq Türkiyə sularına girdi - Gərginlik

18 Yanvar 2022 11:01 (UTC+04:00)

Kipr sularında araşdırma həyata keçirən Yunanıstanın Nautikal Geo gəmisi ötən gün Türkiyə ərazisinə daxil olub.

Teleqraf.com xəbər verir ki, sözügedən araşdırma gəmisi Türkiyəyə aid bir gəmi tərəfindən dayandırılıb və dərhal istiqamətini dəyişdirmək tələb edilib.

Bundan sonra yunan gəmisi dərhal istiqamətini dəyişərək Larnaka limanına geri qayıdıb.

Qeyd edək ki, Nautikal Geo tədqiqat gəmisi daha əvvəllər də Türkiyə qitə şelfində yerləşən ərazidə icazəsiz fəaliyyətlə məşğul olub və yenidən Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən bloklanıb.